Davudoğlu yenidən AKP sədrliyinə namizəd oldu
12 sentyabr 2015 17:25 (UTC +04:00)

Davudoğlu yenidən AKP sədrliyinə namizəd oldu

0

Əhməd  Davudoğlu yenidən AKP sədrliyinə namizəd olub. APA-nın Türkiyə müxbirinin verdiyi məlumata görə, Türkiyədə 13 ildən çox iqtidarda olan Ədalət və İnkişaf Partiyasının  Ankarada davam edən qurultayında partiyanın lideri və baş nazir Ə. Davudoğlu yenidən sədrliyə namizəd göstərilib.

 

Ə. Davudoğlunun namizədliyinin irəli sürülməsini 1280 nümayəndə dəstəkləyib. Müəyyən edilən müddətdə Ə. Davudoğlundan başqa  partiya sədrliyinə namizədlər irəli sürülməyib. Nümayəndələr partiyanın Mərkəzi Qərar və İdarə Şurası  (MKYK)  üzvlüyünə namizədlərin siyahısını  da qurultayın sədarətinə təqdim ediblər.

 

Prezident Ərdoğanın kürəkəni Bərat Albayrakın adının olduğu siyahıda  Ərdoğana yaxın şəxslərin üstünlük təşkil etməsinə dair iddialar var. Məclisin keçmiş sədri  Məhmət  Əli Şahin kimi  2011-2015-ci illər arasında  Məclisin spikeri olmuş Cəmil Çiçək də MKYK siyahısında yer alan namizədlər arasındadır. Başqa bir iddiaya görə, hazırda prezident Ərdoğanın baş müşaviri olan keçmiş nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binali Yıldırım qurultay ərəfəsində  Mərkəzi Qərar və İcra Şurasına namizədlər siyahısında adını görməyincə, sədrliyə namizəd olacağını bildirib, ancaq Ərdoğanın müdaxiləsi ilə Yıldırımın adı MQİC siyahısına daxil ediləndən sonra keçmiş nazir sədrliyə namizədlikdən vaz keçib.

 

Qurultay salonunda  AKP sədrliyinə və partiyanın səlahiyyətli orqanlarına seçki prosesi davam edir.

 

Qeyd edək ki, Ə. Davudoğlu  AKP-nin 27 avqust 2014-cü ildə  keçirilmiş İ  fövqəladə  qurultayında partiyanın sədri seçilib. Partiyanın qurucu lideri Rəcəb Tayyib Ərdoğan 10 avqust 2014-cü ildə prezident seçiləndən sonra  Ə. Davudoğlu AKP liderliyinə gətirilib. Ə. Davudoğlunun sədrliyi müddətində ilk seçkidə AKP əvvəlki parlament seçkisi ilə müqayisədə 9% səs, habelə 13 ildən bəri təkbaşına iqtidarda olan partiya statusunu itirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 460

Oxşar yazılar