Türkiyədə koalisiya hökumətinin qurulması ilə bağlı siyasi partiyalar arasında növbti görüş keçirilib.
Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, budəfəki görüş Ədalət və İnkişaf Partiyasının (AKP) lideri Əhməd Davudoğlu Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı arasında baş tutub.
1 saat 45 dəqiqə davam edən görüşün yekunları ilə bağlı Ə. Davudoğlunun mətbuat konfransı keçirməsi, D. Bağçalının isə yazılı açıqlama ilə çıxış etməsi gözlənilir.