Əhməd Davudoğlu hökumətinə etimad göstərildi
01 dekabr 2015 00:54 (UTC +04:00)

Əhməd Davudoğlu hökumətinə etimad göstərildi

Türkiyə parlamenti baş nazir Əhməd Davudoğlunun rəhbərlik etdiyi yeni hökumətə etimad göstərib.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, parlamentin sözügedən qərarına 509 deputatdan 315-i lehinə, 194 deputat isə əleyhinə səs verib.

 

Beləliklə, Ə. Davudoğlunun rəhbərlik etdiyi hökumət parlamentdə etimad səsverməsindən keçib.

 

Səsvermədən sonra Ə. Davudoğlu hökumətə etimad göstərdikləri üçün deputatlara təşəkkürünü bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 191
avatar

Oxşar yazılar