Əhməd Davudoğlu: “Avropa İttifaqı ilə münasibətlərimizdə yeni dövr başlayır”
09 dekabr 2015 20:35 (UTC +04:00)

Əhməd Davudoğlu: “Avropa İttifaqı ilə münasibətlərimizdə yeni dövr başlayır”

Türkiyə ilə Avropa İttifaqı münasibətlərində yeni dövr başlayıb. APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu bəyan edib.

“Avropa İttifaqı ilə münasibətlərimizdə yeni dövr başlayır. Bununla bağlı mən çox nikbinəm. Türkiyə vətəndaşları üçün viza rejiminin liberallaşdırılması 6, ən uzağı 9 aydan sonra reallaşacaq”, deyə Ə.Davudoğlu bildirib.  

Ötən gün parlamentdə çıxış edən Ə.Davudoğlu bildirmişdi ki, Türkiyə Avropaya inteqrasiya prosesini sürətləndirəcək: “Avropa İttifaqında tamhüquqlu üzvlük bizim üçün çox önəmlidir. Biz danışıqlar prosesini sürətləndirəcəyik, məhkəmə sistemimizi təkmilləşdirəcəyik. Avropa İttifaqına üzv olmaq üzrə milli planı reallaşdıracayıq və 2016-ci ildən Türkiyə vətəndaşları azad şəkildə Avropa İttifaqı ölkələrinə səfər edə biləcəklər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 189
avatar

Oxşar yazılar