Əfqanıstanın vitse-prezidenti Əbdül Rəşid Dustum “Taliban” silahlılarının pusqusuna düşüb, lakin cavab əməliyyatı nəticəsində 8 terrorçu məhv edilib, 10 nəfəri isə saxlanılıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident bu gün ucqar əyalətlərin birində vitse-prezidentin avtomobildə hərəkət etdiyi zaman baş verib. Hücumun konkret harada baş verdiyi barədə məlumat yoxdur.
Hadisənin təfərrüatları açıqlanmır.