Əfqanıstanda terrorçular Moldova helikopterini ələ keçirdilər
25 noyabr 2015 03:53 (UTC +04:00)

Əfqanıstanda terrorçular Moldova helikopterini ələ keçirdilər

0

Əfqanıstanda məcburi eniş etmiş içərisində 21 nəfərin olduğu Moldova helikopteri terrorçular tərəfindən ələ keçirilib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, məlumat Moldova DİN rəhbərinin vəzifələrini müvəqqəti icra edən Oleq Balan tərəfindən təsdiqlənib.  

 

İlkin məlumata görə, terrorçular 3 pilotu və 18 sərnişini girov götürüblər.

 

Məlumata görə, atışma zamanı 3 girov həlak olub, qalanların aqibəti barədə məlumat yoxdur. Moldovanın  müdafiə naziri helikopterin sülhməramlı missiya həyata keçirdiyini  bildirib.  

 

İnsidentin Fəryab əyalətində terrorçuların nəzarəti altında olan ərazidə baş verib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 306

Oxşar yazılar