Əfqanıstanın cənubunda, Gilmənd əyalətində “Taliban” silahlılarının hücumu nəticəsində 19 polis əməkdaşı və 7 hərbçi öldürülüb.
APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, taliblər güc strukturlarına məxsus yaşayış kompleksini mühasirəyə alıblar.
Silahlılar hərbi nəqliyyat vasitələri və xeyli silah-sursat ələ keçiriblər. Əyalətin bir sıra yolları taliblərin nəzarəti altındadır . Son məlumatlara əsasən, toqquşmalar davam etməkdədir.