APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, ölkənin sabiq xarici işlər naziri Abdulla Abdulla bəyan edib ki, danışıqlarda hakimiyyət bölgüsü ilə bağlı irəli sürülən təkliflər onu qane etməyib.
Onun sözlərinə görə, artıq məsələnin siyasi yolla həlli mümkünsüzdür. Abdulla özünü qalib elan edib və seçkinin nəticələrini tanımadığını vurğulayıb. Bununla belə Abdulla və onun rəqibi, Əfqanıstanın sabiq maliyyə naziri Əşrəf Qəni səslərin yenidən hesablanmasına razılıq veriblər.
Xatırladaq ki, Əfqanıstanda iyunun 14-də keçirilən prezident seçkilərində Əşrəf Qəni 56,44%, Abdulla Abdulla isə 43,56% səs toplayıb.
Səslərin yenidən hesablanması prosesi ləng gedir. Avqustda hər iki namizəd ABŞ-ın vasitəçiliyi ilə Milli Birlik hökumətinin yaradılması barədə razılığa gəliblər.