Əfqanıstanda prezident seçkisinin ikinci turu başa çatıb
15 iyun 2014 03:51 (UTC +04:00)

Əfqanıstanda prezident seçkisinin ikinci turu başa çatıb

0

İyunun 14-də Əfqanıstanda prezident seçkisinin ikinci turu keçirilib. Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, Ağ ev bu siyasi kampaniyanı “Əfqanıstanın demokratiya yolunda atdığı vacib addım” adlandırıb.

 

 

“Seçicilərə, seçki komissiyasının üzvlərinə və təhlükəsizlik xidməti əməkdaşlarına demokratik prosesə sədaqətli qaldıqları üçün təşəkkür edirik. Yaxın günlərdə seçki komissiyaları təmsilçilərinin fəaliyyəti fövqəladə vacibdir”-deyə bəyanatda vurğulanıb.

 

Sənəddə bildirilib ki, əfqan xalqının seçəcəyi yeni hakimiyyətlə ABŞ əməkdaşlıq etmək niyyətindədir.

 

Ağ ev Əfqanıstanla 2014-cü ildə başa çatacaq tərəfkeşlik prinsiplərinə sədaqətli qalacağını qeyd edib: “Əfqan xalqı ölkənin gələcəyini özü müəyyənləşdirməlidir”.

 

Xatırladaq ki, seçkinin ilkin nəticələri iyulun 2-də, səsvermənin yekunu isə iyulun 22-də açıqlanacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 590

Oxşar yazılar