Aprelin 2-də Kabulda, Əfqanıstan Daxili İşlər Nazirliyinin yaxınlığında baş verən partlayış nəticəsində azı 4 polis həlak olub.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, yerli polis idarəsindən bildirilib ki, partlayışı intiharçı törədib.
Partlayışın məsuliyyətini taliban öz üzərinə götürüb.
Taliban hərəkatı bir müddət öncə bəyan edib ki, aprelin 5-də keçiriləcək prezident və bələdiyyə seçkilərini pozmaq istəyir.
Bundan başqa üç gün öncə Saripol əyalətindən olan namizəd və onun bir neçə tərəfdarı yaraqlılar tərəfindən oğurlanıb.