Əfqanıstanın Məzari-Şərif şəhərində Hindistan konsulluğunun yaxınlığında naməlum silahlılar və əfqan polisi arasında atışma baş verib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, nəticədə 1 nəfər ölüb, 9 nəfər yaralanıb.
“Pajhwok” xəbər agentliyinin məlumatına əsasən, hücumda azı 6 silahlı iştirak edib. Silahlıların yaxınlıqdakı binaların birində gizləndiyi bildirilir. Hazırda silahlıların zərərsizləşdirilməsi istiqamətində tədbirlər görülür.
İnsidentə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.