Əfqanıstanın şərqindəki Lağman şəhərində “Taliban” hərəkatı ilə əfqan hərbi qüvvələri arasında baş verən atışmada 32 nəfər həlak olub.
Lent.az-ın Anadolu Agentliyinə istinadən məlumatına görə, həlak olanların 11- i hərbçidir.
Lavman valiliyinin sözçüsü Sərhədi Zovak deyib ki, onlarla “taliban”-çı Əfqanıstan hərbçilərinin nəzarəti altında olan məntəqələrə silahlı hücum təşkil edib.
Döyüşün saatlarla davam etdiyini deyən sözçü yaraqlıların ağır itki verdikdən sonra qarşıdurma bölgəsindən qaçdığını vurğulayıb.
“Taliban” sözçüsü Zabihullah Mücahid isə hücumda Əfqanıstan hərbçilərinin nəzarəti altında olan iki məntəqəni ələ keçirdiklərini iddia edib.