Əfqanıstanın şimalında, Cauzcan əyalətində daşqın olub.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, təbii fəlakət nəticəsində 82 nəfər həlak olub.
Yüzdən çox sakin İtkin düşüb. Hakimiyyət həlak olanların sayının artacağını istisna etməyib.
Əyalətin bir neçə rayonunu su basıb, yzlərlə ev dağılıb, elektrik ötürücü xətləri sıradan çıxıb.
Məlumatlara əsasən, içməli su və dərman vasitələri çatışmır.
Mənbə xatırladıb ki, adətən ilin bu fəslində Əfqanıstana leysan yağışları yağmır.
Son bir neçə gündür ölkədə leysan yağışlar yağmaqdadır.