Əfqanıstanda bülletenlərin təkrar sayılması yenə dayandırılıb
27 iyul 2014 03:25 (UTC +04:00)

Əfqanıstanda bülletenlərin təkrar sayılması yenə dayandırılıb

0

Əfqanıstanda prezident seçkisinin ikinci turunun səsvermə bülletenlərinin təkrar sayılması prosesi yenidən dayandırılıb.

 

Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, buna səbəb səslərin ləğv edilməsi qaydası ilə namizədlərin razılaşmaması göstərilib.

 

Əfqanıstan Müstəqil Seçki Mərkəzinin sədri Əhməd Yusuf Nuristani deyib: “Müstəqil seçki komissiyası səslərin yoxlanılmasını Ramazan bayramınadək dayandırıb. Biz ümid edirik ki, bütün fikir ayrılıqlarına  aydınlıq gətirmələri üçün namizədlərin yetərincə vaxtı olacaq”.

 

Xatırladaq ki, 8,1 milyon seçki bülletenin təkrar sayılması ikinci dəfədir dayandırılır. İyulun 20-də namizədlər Əşrəf Qəni Əhmədzay və Abdullah Abdullahın tərəfdarları arasında yaranmış fikir ayrılığına görə səslərin sayılmasının dayandırılması haqda uyğun qərar qəbul edilmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 585

Oxşar yazılar