Əfqanıstanda hərbi vertolyot qəzaya uğrayıb. Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, nəticədə NATO-nun 5 hərbçisi həlak olub.
“Taliban” yaraqlıları bəyan edib ki, qəzaya uğrayan vertolyot Britaniya Hərbi Hava Qüvvələrinə məxsusdur. Onlar vertolyotun Qəndahar əyalətinin Taxta-pol mahalında qəzaya uğradığını da bildiriblər.
İlkin məlumata əsasən, həlak olan 5 nəfər britaniyalıdır.
Əfqanıstan Müdafiə Nazirliyi isə yalnız ölkənin cənubunda Britaniya Hərbi Hava Qüvvələrinə məxsus vertolyotun qəzaya uğradığını təsdiqləyib.