Əfqanıstanda ABŞ təyyarəsi yerə çırpıldı: 12 ölü
02 oktyabr 2015 05:39 (UTC +04:00)

Əfqanıstanda ABŞ təyyarəsi yerə çırpıldı: 12 ölü

0

Əfqanıstanın şərqində ABŞ-a məxsus “С-130 Hercules” tipli  hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 12 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə NBC telekanalına ABŞ Silahlı Qüvvələrinin nümayəndəsi məlumat verib.    

 

Bundan əvvəl qəza nəticəsində 5 mülki əməkdaş və 5 ABŞ hərbçisinin öldüyü bildirilmişdi.  

 

ABŞ Silahlı Qüvvələrinin nümayəndəsi polkovnik Brayan Tribus təyyarə qəzaya uğrayan an  hadisə yerində olan iki Əfqanıstan vətəndaşının da öldüyünü bildirib.  

 

Qəzanın  səbəbləri hələlik məlum deyil.

 

İlkin məlumata görə, təyyarə vurulmayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 366

Oxşar yazılar