Əfqanıstanın şimal bölgəsində 6,2 bal gücündə zəlzələ baş verib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 23:44-də qeydə alınan yeraltı təkanların episentri İşkaşim şəhərindən 33 km cənub-qərbdə, ocağı isə 200 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat yoxdur. Qeyd olunur ki, zəlzələ Pakistan və Hindistanda da hiss olunub.