Əfqanıstan talibləri Pakistanda məktəbə hücumu pislədi
17 dekabr 2014 01:35 (UTC +04:00)

Əfqanıstan talibləri Pakistanda məktəbə hücumu pislədi

“Taliban” hərəkatının əfqanıstanlı üzvləri pakistanlı taliblərin Peşəvərdəki hərbi məktəbə hücumunu pisləyib. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə hərəkatın nümayəndəsi Zabibulla Mücahid bildirib.    

 

“Günahsız insanların, uşaqların, qadınların qəsdən qətlə yetirilməsi İslamın əsaslarına ziddir”, deyə Zabibulla Mücahid bildirib.   

 

Qeyd edək ki,  Əfqanıstan və Pakistan talibləri müttəfiqdirlər.

 

Taliban” silahlılarının Pakistanda hərbi məktəbə hücumu nəticəsində ölənlərin sayı 141 nəfərə çatıb.

 

APA-nın "Frans Press"ə istinadən verdiyi məlumata görə, ölənlərin əksəriyyəti kursantlardır.

 

Ölənlərdən 132 nəfər kursant, 9 nəfər isə müəllimdir.

 

Yerli hüquq-mühafizə orqanlarının taliblərə qarşı xüsusi əməliyyatı başa çatıb. Əməliyyat nəticəsində 9 nəfər silahlı şəxs zərərsizləşdirilib, 7 hərbçi yaralanıb.

 

Məlumata görə, silahlılar heç bir tələb irəli sürməyiblər və binaya daxil olan kimi şagirdləri qətlə yetirməyə başlayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 167
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35