Aprelin 5-dg Əfqanıstanda prezident seçkisinin keçirilməsi planlaşdırılıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Əfqanıstan hakimiyyəti bildirib ki, ölkənin şərqində Pakistanla həmsərhəddə, yerləşən Nanqarhar əyalətində seçki komissiyasının 4 üzvünü yaraqlıların oğurladığı ehtimal edilir.
Bu günlərdə «Taliban» hərəkatı şəxsi təhlükəsizliyi üçün Əfqanıstan vətəndaşlarını aprelin 5-də səsverməyə getməməyə çağırmışdı.
Mənbə xatırladıb ki, Əfqanıstanın Ana Yasasına əsasən, indiki prezident Həmid Karzay üçüncü dəfə seçilə bilməz.