Əfqanıstan prezidentinin vertolyotu raket atəşinə tutulub
03 iyul 2014 21:34 (UTC +04:00)

Əfqanıstan prezidentinin vertolyotu raket atəşinə tutulub

0

Əfqanıstan prezidenti Həmid Karzayın vertolyotu  ölkə paytaxtı Kabulun hava limanında raket atəşinə tutulub.


Lent.az-ın “İTAR-TASS”a  istinadən məlumatına görə, bu barədə hava limanı hərbi hissəsinin komandiri Əbdül Vahab Vardak bildirib ki, bu atəş nəticəsində vertolyot yanıb.

 

Mənbənin məlumatına görə, olay vertolyot uçuş zolağında olarkən baş verib.

 

 

Hücum zamanı dövlət başçısının vertolyotda  olması ilə bağlı məlumat yayılmayıb.

 

“Taliban” hərəkatı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.  

 

Bir müddət öncə yerli KİV bildirmişdi ki, Kabulda hərbi hava limanı istiqamətində iki raket buraxılıb. Bu,  Əfqanıstanda ən etibarlı qorunan obyektdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 753

Oxşar yazılar