Martın 24-də ABŞ prezidenti Barak Obama Ağ Evdə Əfqanıstan prezidenti Əşrəf Qəni Əhmədzayı qəbul edəcək.
APA-nın Reuters agentliyinə istinadən məlumatına görə, bu barədə ABŞ prezidentinin rəsmi nümayəndəsi Coş Ernest bildirib.
“Həmçinin prezident Obamanın Əfqanıstanın baş naziri Abdulla Abdulla və digər hökumət üzvləri ilə də görüşü nəzərdə tutulub”, deyə C.Ernest bildirib.
Onun sözlərinə görə, danışıqlarda Əfqanıstan və regiondakı vəziyyət müzakirə ediləcək.