Edama görə Çin liderdir
27 mart 2014 07:53 (UTC +04:00)

Edama görə Çin liderdir

0

Beynəlxalq Əfv Təşkilatının hesabatına əsasən, 2013-cü ildə 22 ölkədə 778 nəfər edam olunub.  

 

Lent.az-ın Anadolu Agentliyinə istinadən məlumatına görə, ən çox ölüm hökmü Çində çıxarılıb. Bu ölkədə 369 nəfər barəsində bu hökm çıxarılıb. Təşkilat bildirib ki, bu ölkədə edamların sayı gizlədilir, əslində onların sayı minlərlədir.

 

Çindən sonrakı yerdə 169 edamla İran İslam Respublikası gəlir.

 

Siyahıda 79 edamla Səudiyyə Ərəbistan dördüncü yerdədir. Sonrakı yeri ABŞ (39 edam), Somali (34), Sudan (21), Yəmən (13), Yaponiya (8), Vyetnam (7) tutur.

 

Qurum bildirib ki, 2012-ci ildə 682 nəfər edam olunmuşdu.

 

Hesabata əsasən, 2013-cü ildə İndoneziya, Küveyt, Vyetnam və Nigeriya ölümü cəzasından yenidən istifadə etməyə başlayıb.

 

Hesabata görə, 20 il öncə ölüm hökmü 37 ölkədə icra olunurdusa, 2004-cü ildə bu rəqəm 25, ötən il isə 22-yə enib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1296

Oxşar yazılar