Eboladan ölənlərin sayı 8 371 nəfərə çatdı
13 yanvar 2015 04:13 (UTC +04:00)

Eboladan ölənlərin sayı 8 371 nəfərə çatdı

Qərbi Afrikada Ebola virusundan ölənlərin sayı 8 371-ə çatıb.

 

APA-nın ITAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

 

Ümumilikdə bu virusa 21 171 yoluxma halı qeydə alınıb.

 

Ölüm hallarının əksəriyyəti Qərbi Afrikanın üç ölkəsində - Liberiya, Sierra-Leone və Qvineyada qeydə alınıb.

 

Liberiyada 8 278 yoluxma və 3 515 ölüm halı qeydə alınıb. Xəstəliyə ən çox yoluxma halları Sierra Leonedə qeydə alınıb – 10 094  nəfər, ölənlərin sayı isə 3 049 nəfər təşkil edir.  Qvineyada 2799 nəfər xəstələnib, 1807 nəfər ölüb.

 

Qeyd edək ki, əvvəlki hesabatla müqayisədə ölənlərin sayı 82 nəfər, virusa yoluxanların sayı isə 85 nəfər artıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 205
avatar

Oxşar yazılar