Eboladan ölənlərin sayı 8 289-a çatdı
10 yanvar 2015 05:46 (UTC +04:00)

Eboladan ölənlərin sayı 8 289-a çatdı

Qərbi Afrikada Ebola virusundan ölənlərin sayı 8289-a çatıb.

 

APA-nın ITAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

 

Ebola virusundan ən çox zərər çəkən, əvvəlki kimi,  Liberiyadır. Bu ölkədə 8 263 yoluxma və 3515 ölüm halı qeydə alınıb. Sierra-Leone xəstəliyə yoluxanların sayına görə birinci yerdədir -10 030 nəfər, ölənlərin sayı isə 2 977 nəfər təşkil edir.  Qvineyada 2793 nəfər xəstələnib, 1797 nəfər ölüb.

 

Qeyd edək ki, Ebola virusuna yoluxma halları Mali, Nigeriya, Seneqal, İspaniya, ABŞ və Böyük Britaniyada da qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 175

Oxşar yazılar