Ebola virusundan ölənlərin sayı 5 420 -yə çatıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) noyabrın 16-a olan məlumatına əsasən, xəstəliyə 15 mindən çox insan yoluxub.
Təkcə Sierra-Leone-də 533 yeni yoluxma faktı aşkarlanıb. Xəstəliyə ən çox yoluxma və ölüm halları Qvineya, Liberiya və Sierra Leonedə qeydə alınıb.