Dünyanın yaşayış üçün ən əlverişli şəhərləri
18 avqust 2015 20:26 (UTC +04:00)

Dünyanın yaşayış üçün ən əlverişli şəhərləri

0

“The Economist Group” araşdırma və analitik mərkəzi yeni reytinq cədvəlini açıqlayıb.

 

Azərtac CNN agentliyinə istinadla xəbər verir ki, dünyanın yaşayış üçün ən əlverişli məkanı Avstraliyanın Melburn şəhəri hesab edilir. İkinci yeri Avstriyanın paytaxtı Vyana, üçüncü və dördüncü yerləri Kanadanın Vankuver və Toronto şəhərləri tutub. Beşinci yeri isə yenə də Avstraliyanın Adelaida və Kanadanın Kalqarı şəhərləri bölüşdürüb.

 

Reytinq hazırlanarkən şəhərdə satılan ticarət malların keyfiyyət göstəriciləri, ərazinin təhlükəsizliyi, təhsil və səhiyyənin səviyyəsi, mədəni və ekoloji cazibədarlıq, infrastrukturun effektiv fəaliyyəti xüsusi nəzərə alınır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 377

Oxşar yazılar