Dünyanın ən yoxsul 10 şəhəri
12 mart 2014 05:10 (UTC +04:00)

Dünyanın ən yoxsul 10 şəhəri

0

Su qıtlığı, yoluxucu xəstəliklər, QİÇS, ucuz işçi qüvvəsi və az milli gəlir nəticəsində rifah səviyyəsinin aşağı olması bu dövlətlərin ortaq sosial problemləridir. Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, bəhs etdiyimiz problemlər daha çox 10 belə dövlətin şəhərlərinin siyahısını diqqətinizə çatdırırıq.

 

1.Liberiya, Monreviya. Siyahıya bu şəhər başçılıq edir. Bir sıra mədəni dəyərlərə malik bu ölkədə işləyənlər işlədiklərinin qarşılığında qazana bilmir. Dünyanın ən yoxsul Monroviya şəhərin başlıca problemi təmiz su və elektrik enerjisinin olmamasıdır.

 

2.Qvineya, Konakri. 5,6 milyard dollarlıq milli gəlir olan Qvineyanın paytaxtı ölkənin qərb sahilində yerləşir. BMT tərəfindən şəhərin inkişafı üçün proqramlar da onun inkişafına təsir edə bilməyib. tyxtı olan bu şəhər

 

3.Madaqaskar, Antananarivo. Bu şəhərin adının tərcüməsi «minləri şəhəridir». Madaqaskarın paytaxtı və ölkənin ən iri şəhəri sayılır. 3,3 milyon əhalisi var. Sakinlərinin çoxu gecəqondularda yaşayır.

 

4. Mali Bamako. Dünyanın ən yoxsul ölkəsinin paytaxtı kimi iqtisadiyyatı ən ağır vəziyyətdədir. Bu şəhərin tarixində savaşlar, devrilişlər, diktatorlar var. 
 

5. Niger,Niamey. Son illər bu şəhərin əhalisinin sayında artım müşahidə olunur. Bununla belə Nİger qonşusu Nİgeriyanın zənginliyinin kölgəsində qalır.

 

 6. Zambiya, Lusaka. İstiqraralı bir ölkə olmasına, zəngin mis ehtiyatına malik olmasına baxmayaraq, Zambiya yoxsul dövlətlər sırasındadır. QİÇS-ə yoluxanların sayı görə birinci yerdədir.

 

7. Tanzaniya, Darüssalam. Son 20 ildə Darüssalamın əhalisi artıb. 1990-ı illərin əvvəlində 2 milyon əhalisi var idisə, hazır onun 4 milyona çatdığı bildirilib.
 

8. Zimbabve,Harare.Zimbabvenin paytaxtıdır. 2 milyon nəfər əhalisi var. Dünyanın su qıtlığından daha çox əziyyət çəkən 4 şəhərindən biridir.

 

9. Seneqal, Dakar. Qərbi Afrikanın bu ölkəsinin paytaxtının əhalisinin sayı 2 milyondur. İllik milli gəliri 14,05 milyard dollar olsa da, təmiz Sudan əziyyət çəkir

 

10. Efiyopiya, Əddis-Əbəbə. 3,38 milyon nəfər əhalisi olan bu şəhərin əsas problemi və nəqliyyatdır. Ölkənin illik Milli gəliri isə 14,05 milyard dollardır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1989

Oxşar yazılar