Dünyanın ən yaşlı sakini 116 yaşını qeyd edir
Dünyanın ən yaşlı sakini kimi tanınan Ceralean Talley (Jeralean Talley) bu gün yaşadığı ABŞ-ın Miçiqan ştatında 116 yaşını qeyd edir.
Musavat.com-un Amerikanın səsi-nə istinadən verdiyi xəbərə görə, Ceralean Talleyin ailəsi üzləri ad gününü onun yaşadığı Detroyt şəhərindəki evinin yaxınlığında yerləşən restoranda qeyd edəcəklərini bildirib. Ad günü münasibətilə xüsusi tort da hazırlanıb.
116 yaşlı yubilyarı ad günü münasibətilə ABŞ prezidenti Barak Obama da təbrik edərək ona ən xoş arzularını çatdırıb. “Sizin geniş təcrübəniz və dərin müdrikliyiniz ölkəmizin 1899-cu ildən bəri keçdiyi uzun tarixi yolu əks etdirir. Bu müddət ərzində uğursuzluqlar və nailiyyətlər, saxta başlanğıclar və inanılmaz qələbələr olub və bütün bunlardan keçərək ölkənin ruhu hər bir nəsillə möhkəmlənmiş və zənginləşmişdir”- prezident Obamanın məktubunda deyilir.
Ceralean Talleyin 1899-cu idə ABŞ-ın Corciya ştatında anadan olub. O özü uzunömürlülüyünün sirrini etiqadı ilə izah edir.
102