Dünyanın ən yaşlı əkizləri
27 avqust 2015 06:51 (UTC +04:00)

Dünyanın ən yaşlı əkizləri

Bu il 102 yaşını qeyd edən Pierr və Paul Langerok 18 avqustda dünyanın ən yaşlı əkizləri olaraq “Ginnesin Rekordlar kitabı”na düşüb.

 

Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, 8 iyul 1913-cü ildə doğulan əkizlər bütün həyatlarını bir yerdə keçiriblər və bu yaşadək evlənməyiblər.

 

Əkizlərin bir-birilərinin seçdikləri qadınlara qarşı narazılıq etdiyi məlum olub. Belçikanın Gent şəhərində yaşayan Langerok qardaşlarının hüquq sahəsində yaxşı karyeraya sahib olduğu məlum olub. Əkizlər 85 yaşında ikən həkimə gedib, həkim də onlara 100 yaşlarına qədər yaşaya biləcəklərini deyib.  Qardaşlar bu qədər yaşlanmaq istəmədiklərini deyirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 284
avatar

Oxşar yazılar