Dünynın ən kök adamı, meksikalı Manuel Urbie Qarsa 48 yaşında vəfat edib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, onun ölümü ürək və qaraciyərindəki problemlə əlaqələndirilib.
2001-ci ildə onun çəkisi 597 kq olub. Son 20 ilə ərzində o, yataqdan qalxmayıb. 2006-cı ildə Uribe ikinci dəfə evlənib. Onda onun çəkisi 560 kq olub. Toydan sonra xoşbəxt ər 230 kq-dək arıqlayıb. Ölərkən isə onun çəkisi 394 kq olub.
Maunel Uribe Qarsa 1965-ci il iyunun 11-də Mekisikanın San-Nikolas de-los-Qrasa şəhərində dünyaya gəlib.
O, körpəliyində çox iri uşaq olub. Məktəbi bitirdikdən sonra 1987-ci ildə qanunsuz yolla ABŞ-a mühacirət edib. Dallasda xanımı ilə birlikdə kompüter texniki işləyib.
Manuel sonradan orada işləyərkən kökəldiyini danışırmış.
1799-cu ildən bəri aparılan müşahidələrə görə, o, dünyanın ən kök adamı sayılıb. 193 sm-lik boyu və 600 kq-a yaxın çəkisi ilə o, ölənədək “Ginnesin rekordları kitabı”nda dünyanın ən kök adamı kimi qalıb.
Hazırda dünyanın ən kök adamı Səudiyyə Ərəbistanından olan Xalid Möhsün Şayeridir. 2010-cu ildə onun çəkisi 610 kq olub. Son zamanlar o, 150 kq arıqlayıb.