27 yaşlı Yuliya Güntel (Julia Guenthel) dünyanın ən elastik qızıdır.
Yuliyanın bu istedadı 4 yaşında məlum olub və iki il sonra o, artıq Qazaxıstanda sirk məktəbinə getməyə başlayıb. 16 yaşı olanda isə o, ailəsi ilə Almaniyanın Leyspiq şəhərinə köçüb. Keçən il "Discovery Channel" onu "dünyanın ən elastik qadını" elan edib. Yuliya bir neçə dünya rekorduna da imza atıb.
Bir müddət gimnastika ilə məşğul olan qız indi hər gün 3 saat hər hərəkətini məşq edir. O, dieta saxlamadığını, formasını qorumaq üçün çoxlu məşq etdiyini deyib.
Adı "Ginnesin rekordlar kitabı"nda olan Y.Güntelin boyu 175 santimetr, çəkisi isə 53 kiloqramdır. O, 11 il əvvəl ailə qurub və 8 yaşlı oğlu var. Hazırda aktrisa kimi fəaliyyət göstərən Yuliya Eva Mendes və Kayli Minouq kimi məşhurlarla filmə də çəkilib.
Axşam.az Rusiya mediasına istindən Y.Güntelin fotolarını təqdim edir.
Dünyanın ən elastik qızı
323