Polşada dünyanın ən kiçik iti yaşayır.
Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, bu balaca it Vrotslav şəhərində yaşayır.
Çixuaxua cinsindən olan Tudi adlı it 10 həftə əvvəl dünyaya gəlib. Onun çəkisi cəmi 300 qr boyu isə 6 santimetrdir və rahat şəkildə insan ovucunda yerləşir.
“Biz daim ayaqlarımızın altına baxmağa məcburuq ki, ona ziyan vurmayaq. Tudinin rəngi biskvit rəngdə olduğundan bizim döşəməmizdən seçilmir”,- deyə itin sahibəsi Alisa Çepla bildirib.
Əgər it belə templə böyüməyə davam etsə Ginnessin Rekordlar kitabına düşəcək. Ancaq bunun üçün bir az da gözləmək lazımdır.