Dünyanın ən bahalı yeni il dəsti satışdadır
18 dekabr 2014 02:34 (UTC +04:00)

Dünyanın ən bahalı yeni il dəsti satışdadır

0

Böyük Britaniyada yeni ilə aid dünyanın ən bahalı delikateslərindən ibarət səbəti satışa çıxarılıb. Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, səbətin məbləği  134,5 min dollar təşkil edir. Dəstin istehsalçısı VeryFirstTo kampaniyasıdır. Sözügedən firma lüks hədiyyələr üzrə ixtisaslaşıb. “The Daily Miror” qəzeti kampaniyanın bu təklifini dünyanın ən bahalı dəsti adlandırıb.

 

Komplektin tərkibinə 250 qram nadir kürü, 100 qram ağ trüfel, qurudulmuş balıq, konfetlər, tortlar və digər ərzaqlar daxildir. Bundan başqa, tərkibə 5 butulka alkoqol da daxildir. Onların arasında 200 yaşı olan Jules Robin konyakı var. Bu konyakın qiyməti isə 47 min dollardır. Bununla yanaşı, müştərilər şahzadə Çarlzla Diananın 1981-ci ildəki toyunda qonaqlara verilən şampanı da bu dəstin içindən əldə edə biləcək. Kampaniyanın saytında qeyd edilir ki, onlar hər sifarişdən gələn gəlirin 1000 funtunu xeyriyyə təşkilatının hesabına köçürəcəklər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 255

Oxşar yazılar