Dünyanın ən bahalı şəhəri
25 sentyabr 2014 03:10 (UTC +04:00)

Dünyanın ən bahalı şəhəri

London özünə işçi axtaran şirkətlər üçün ən bahalı şəhərə çevrilib. Bununla da o, 5 ildir ki, dünyanın ən bahalı şəhəri olan HonKonqu qabaqlayıb. Bu isə əmlak qiymətləri və icarə haqlarının artmasına görə çoxmillətli şirkətlərin Londonda iş görməsinə mane ola bilər.

 

Lent.az-ın “qafqazinfo”-ya istinadən məlumatına görə, “Savills” daşınmaz əmlak şirkətinin yeni araşdırmasına əsasən, fərdi istehlakçılar üçün rüsumların düşməsi və valyutanın zəifləməsi HonKonqda əmlak qiymətlərinin sabitləşməsinə, Londonda isə ilin ilk 6 ayında daşınmaz əmlak qiymətlərinin 10,6% artmasına səbəb olub. Bununla da, London dünyanın ən bahalı şəhərinə çevrilib. Qeyd edək ki, bir işçini saxlamaq üçün ildə 121 min dollar (73,800 funt sterlinq) ödəmək lazım gəlir.

 

Statistikada dünyanın 12 şəhəri üzrə işçilərin kirayə pulu, yaşayış xərcləri və işləməsi üçün bütün xərclər hesablanıb. Ofis xərcləri, vergilər, qeyri-sabit valyuta mübadiləsi dərəcəsi də nəzərə alınıb. London 2008-ci ildən bu yana bahalılığa görə 5-ci yerdən 1-ci yerə qalxıb. Buna baxmayaraq, yerləşmə xərclərinə görə 2011-ci ildə HonKonqun illik 128000 dollarlıq rekorduna çata bilmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2092
avatar

Oxşar yazılar