Dünyanı çalxalayan adam xəstələndi
18 avqust 2014 17:55 (UTC +04:00)

Dünyanı çalxalayan adam xəstələndi

“Wikileaks” saytının qurucusu Culian Assancın səhhətində problem yaranıb. Lent.az-ın xəbərinə görə, bu haqda “Reuters” informasiya agentliyi məlumat yayıb.

 

Ekvadorun Londondakı səfirliyində gizlənən C.Assanc səhhəti ilə bağlı mətbuat konfransı keçirib. Yaxın müddətdə səfirlik binasını tərk edəcəyini açıqlayan C.Assanc səhhətində yaranmış problemlərin konkret nədən ibarət olduğunu açıqlamayıb: “İki il ərzində qapalı şəraitdə günəş işiğı görməyən istənilən şəxs xəstəliyə tutula bilər”.

 

C.Assancın Ekvador səfirliyinin binasını necə və nə vaxt tərk edəcəyi hələlik bilinmir.

 

2010-cu ildə amerikalı diplomatların gizli yazışmalarından ibarət sənədləri “Wikileaks” saytında yayımlayan C.Assanc 2012-ci il iyun ayından etibarən səyahət əsnasında Ekvadorun Londondakı səfirliyində sığınacaq alıb.

 

Avstraliya vətəndaşı olan C.Assancın Ekvadordan siyasi sığınacaq tələbi də qəbul edilib.

 

C.Assanc haqqında isveçli iki qadına qarşı zor tətbiq etmə maddəsi ilə də cinayət işi açılıb. C.Assanc bu iddianı qəbul etmir.

 

C.Assanc 2013-cü ildə “Reuters”ə verdiyi müsahibədə zorlama işində bəraət alsa da, ABŞ-da mühakimə olunmaqdan qorxduğu üçün Londondakı səfirliyi tərk etməyəcəyini açıqlamışdı.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2941
avatar

Oxşar yazılar