ABŞ-ın Nebrask ştatının sakini dünyanın bütün “gey”lərini məhkəməyə verib. Lent.az-ın vesti.ru-ya istinadən verdiyi məlumata görə, 66 yaşlı Silviya Driskell “Bibliya”dan sitat əsas gətirərək, məhkəmədən “homoseksuallığın” günah olub-olmadığını müəyyənləşdirməsini xahiş edib.
Silviya Driskell özünü “Allahın və onun oğlu İsa Məsihin elçisi” hesab edir. O, vəkil xidmətini qəbul etmədən məhkəmədə maraqlarını özü müdafiə edib.
Məhkəmə eynicinslilərin münasibətlərinin günah olub-olmaması barədə sualı geri çevirib. Hakim Con Cerrard bildirib ki, bu sualın həlli məhkəmənin səlahiyyəti daxilində deyil. Son olaraq hakim söyləyib ki , “ABŞ vətəndaşları üçün digər instansiyalar var ki, məzhəb doktrinalarına adi sualları onlara ünvanlamaq olar”.