Dünyada terror qurbanlarının sayı bəlli oldu
18 noyabr 2014 06:43 (UTC +04:00)

Dünyada terror qurbanlarının sayı bəlli oldu

2013-cü ildə terror aktları nəticəsində ölüm hallarının sayı 2012-ci illə müqayisədə 61% artıb.

 

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə İqtisadiyyat və Sülh İnstitutu-nun (İEP) hesabatında bildirilib.

 

Belə ki, 2013-cü ildə dünyada 10 minə yaxı terror aktı törədilib, nəticədə 18 min insan həyatını itirib.

 

Terror aktlarının əksəriyyəti “İŞİD”, “Əl-Qaidə”, “Taliban”, “Boko Haram” kimi radikal islamçı qruplaşmaları tərəfindən törədilib. 2013-cü ildə terrordan ən çox İraq əhalisi zərər çəkib. Ötən il İraqda 6 000 insan terror aktlarının qurbanı olub. Ölüm hallarının 80%-i beş ölkənin - İraq, Əfqanıstan, Pakistan, Nigeriya və Suriyanın payına düşür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 631
avatar

Oxşar yazılar