Bu gün dünyadakı bütün xristianlar Həzrətin Qüdsə daxil olduğu Böyük Günü qeyd edirlər.
Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, bu il həm şərq, həm də qərb ənənələri ilə xristianlar Pasxası eyni gündə – Aprelin 20-də keçiriləcək.
Pasxaya 6 gün qalmış Məsih Qüdsə daxil olanda onu çarsayağı qarşılayıblar. O, yolüstü ölülərə can verib. Bu səbəbdən onun Qüdsə daxil olmasını sülhsevərliyin simvolu kimi qiymətləndirirlər.