Dünya Səhiyyə Təşkilatının göstəricilərinə əsasən, dünya üzrə ən çox spirtli (təmiz etil spirti) içki içən Belarus əhalisidir.
Lent.az-ın “Gazeta.ru”-ya istinadən məlumatına görə, ölkənin hər yetkin yaşlı sakini 15 il ərzində hər il orta hesabla 17,5 litr təmiz spirt, o cümlədən bu ölkənin kişiləri ildə 27,5 litr, qadınları isə 9,1 litr təmiz spirt içir.
Dünya üzrə 15 ildə hər il bir nəfər 6,2 litr təmiz spirt içir.
Bu sıralamada Rusiya 15,1 litrlə dördüncü yerdə olub.
Mənbə bildirib ki, Belarus sakinləri bu göstərici ilə dünya rekordu müəyyən edib.