Dünyada 700 milyon qiz uşaqkən ərə verilib
23 iyul 2014 06:25 (UTC +04:00)

Dünyada 700 milyon qiz uşaqkən ərə verilib

BMT-nin uşaq agentliyi, YUNİSEF bildirib ki, dünyada 700 milyon qız uşaqkən ərə verilib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə,  iyulun 22-də YUNİSEF xəbərdarlıq edib ki, əgər ölçü götürülməsə, 2050-ci ildə uşaqkən ərə verilən qızların sayı bir milyardı keçəcək.

 

YUNİSEF və Britaniya hökuməti “Qız Sammiti” adı altında tədbir  keçirir.

 

Sammitdə çıxış edən Britaniyanın baş naziri Kameron   qızların uşaqkən ərə verilməsini qadağan etməyə çağırıb.

 

Qızların uşaqkən ən çox ərə verilən region Cənubi Asiyadır. Dünyada belə nikahların yarısı məhz oranın payına düşür.    

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 841
avatar

Oxşar yazılar