Dünyada 244 milyon insan doğulduğu ölkədə yaşamır
13 yanvar 2016 22:11 (UTC +04:00)

Dünyada 244 milyon insan doğulduğu ölkədə yaşamır

Birləşmiş Millətlər Təşkilatı bütün dünyadakı beynəlxalq mühacir sayının 2000-ci ilə nisbətən 41 faiz artdığını bildirib.

 

Lent.az-ın “azərtac”-a istinadən məlumatına görə, BMT-nin məruzəsində doğulduğu ölkədən kənarda yaşayan insanların beynəlxalq mühacir olaraq qəbul edildiyi vurğulanaraq, 20 milyon qaçqın ilə birgə onların sayının ümumilikdə 244 milyon nəfərə çatdığı deyilir.

 

Məruzədə beynəlxalq mühacirlərin məskunlaşdığı bölgə və ölkələrə aid məlumatlar da yer alıb. Bildirilir ki, onlar əsasən əhalisinin 10 faizdən çoxunu mühacirlərin təşkil etdiyi Şimali Amerika, Avropa və Okeaniyada məskunlaşıb. Afrika, Asiya, Latın Amerikası və Karib dənizi hövzəsində isə mühacirlər əhalinin ümumi sayının 2 faizdən az hissəsini təşkil edir.

 

Bütün dünya üzrə beynəlxalq mühacirlərin 16 milyonu hindistanlı, 12 milyonu meksikalılardır. Mühacir kontingentinin sayına görə öndə olan digər ölkələr sırasına, həmçinin Rusiya, Çin, Banqladeş, Pakistan və Ukrayna daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 308
avatar

Oxşar yazılar