Dünya qocalara qalacaq
07 noyabr 2014 20:26 (UTC +04:00)

Dünya qocalara qalacaq

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə, beş ildən sonra dünyada yaşlı insanların (yaşı 60-dan yuxarı) sayı uşaqların (5 yaşına çatmamış) sayından çox olacaq.

 

Lent.az-ın “Тrend”-ə istinadən məlumatına görə, belə demoqrafik dəyişiklik ilk dəfə baş verəcək.

 

ÜST-nin mütəxəssisləri hesab edirlər ki, hadisələrin bu cür gedişatı ciddi resurs gərginliyi yaradır və qlobal böhrana səbəb ola bilər.

 

Hazırda dünyada yaşlı insanların sayı 841 milyondur. ÜST-nin proqnozlarına əsasən, 2025-ci ilə onların sayı dünyada 2 milyard olacaq.

 

Qocaların sayının artmasının bir neçə səbəbi var. Bura insan ömrünün uzanması (xüsusilə inkişaf etmiş sənaye ölkələrində), qan-damar kimi xəstəliklərdən ölənlərin sayının azalması və həyat səviyyəsinin yüksəlməsi aid edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1033
avatar

Oxşar yazılar