Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Ankarada
27 dekabr 2015 04:40 (UTC +04:00)

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Ankarada

Dekabrın 26-da  Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Ankarada Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən tədbir təşkil olunub. Səfirlikdən Lent.az-a verilən xəbərə görə, tədbirdə Ankarada təhsil alan tələbələrimiz, elm və incəsənət xadimləri, çox sayda diaspor nümayəndəmiz, müxtəlif ictimai birliklərin təmsilçiləri və səfirliyimizin əməkdaşları iştirak ediblər.

 

Tədbir zamanı Azərbaycan prezidenti İlham Əliyevin 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə dünya azərbaycanlılarına ünvanladığı müraciət oxunub. Ardından səfirliyin müşaviri Ramil Qurbanov, təhsil müşaviri Nəcibə Nəsibova və Hacettepe Universitetinin professoru Yusuf Bayraktar çıxış edərək birliyimizin əhəmiyyətini xatırladan Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün önəminə toxunublar. Natiqlər çıxışlarında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və prezident İlham Əliyevin dünyanın 70-dən artıq ölkəsində yaşayan 50 milyondan çox azərbaycanlı arasında mənəvi birliyin yaranmasında mühüm rol oynadıqlarını vurğulayıblar.

 

Tədbirdə musiqi proqramı nümayiş etdirilib və iştirakçılara ziyafət təşkil olunb.

 

Qeyd edək ki, Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırovun Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr etdiyi məqaləsi Türkiyədə ingilis dilində çap olunan nüfuzlu “Daily Sabah” qəzetində dərc olunub. Məqalədə, Heydər Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün Azərbaycançılıq məfkurəsinin formalaşmasındakı rolundan  bəhs olunur və Azərbaycanın müstəqillikdən sonrakı dövrdə nail olduğu nailiyyətlərin ölkəmizin beynəlxalq ictimaiyyətdə şərəfli bir mövqe əldə etməsinə və Azərbaycançılıq ideologiyasının xalq tərəfindən dünya miqyasında qeyd olunmasını təmin etdiyi vurğulanır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 227
avatar

Oxşar yazılar