Dumanın deputatı dələduzluğa görə immunitetdən məhrum edilib
11 iyun 2014 06:02 (UTC +04:00)

Dumanın deputatı dələduzluğa görə immunitetdən məhrum edilib

0

Dumanın “Ədalətli Rusiya” fraksiyasının üzvü, parlamentin informasiya siyasəti üzrə komitəsinin başçısı Aleksey Mitrofanovun deputat toxunulmazlığını ləğvi ilə bağlı qurum ölkə Baş Prokurorluğunun mövqeyini dəstəkləyib.

 

Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, cinayət əməlindən şübhələndiyi üçün hüquq-mühafizə orqanları Mitrofanovun diplomatik immunitetdən məhrum olunması ilə bağlı iyunun 10-da Dumaya müraciət edib.

 

Bununla belə o, deputat mandatını itirməyəcək, parlamentin toplantılarına qatılacaq.

 

Mənbə xatırladıb ki, 2013-cü ilin avqustunda Moskvanın Meşanski məhkəməsi iri məbləğdə maliyyə fırıldağında adı hallanan iki nəfəri azadlıqdan məhrum edib. Onlar 2,2 milyon rubl məbləğində rüşvət almaqda və dələduzluqda ittiham olunub. Həmin cinayət işində A.Mitrofonovun da adı hallanır. Ancaq deputat toxunulmazlığına görə məhkəmədə o, sorğu-sual edilməyib.

 

A.Mitrofanov ona qarşı irəli sürülən dələduzluq ittihamını qəbul etməyib və bildirib ki, bu cinayət işi ilə  onun əlaqəsi yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 842

Oxşar yazılar