Krımın Rusiyaya birləşdirilməsinə dair qanun layihəsinə martın 21-də Rusiya Dövlət Dumasında baxılacaq. Lent.az-ın “RİA Novosti”yə istinadən məlumatına görə, layihəni solçu “Ədalətli Rusiya” partiyası hazırlayıb.
Bu partiyadan olan deputat Vyaçeslav Nikonov bildirib ki, martın 17-dək qanun layihəsinin qeydiyyat və göndərişi, martın 21-də isə gündəliyə salınması nəzərdə tutulub.
Qeyd edək ki, Krım Muxtar Respublikasının Ali Soveti martın 6-da Rusiya Federasiyasının tərkibinə subyekt kimi daxil olmağa dair qərar qəbul edib. Krımın statusuna dair referendum isə martın 16-na təyin edilib.