Duma Putini Krım əhalisini müdafiə etməyə çağırdı
01 mart 2014 16:05 (UTC +04:00)

Duma Putini Krım əhalisini müdafiə etməyə çağırdı

0

 

Rusiya Dövlət Duması Şurası prezident Vladimir Putini Krımdakı vəziyyətin sabitləşdirilməsi üçün tədbirlər görməyə çağırıb.


 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin deyib.


“Dövlət Duması Şurası deputatlar adından Rusiya prezidentinə müraciət edib. Həmin müraciətdə deputatlar prezidenti Krımdakı vəziyyəti sabitləşdirmək üçün tədbirlər görməyə, Krım əhalisini müdafiə etməyə çağırıb”, - deyə S. Narışkin bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 952

Oxşar yazılar