Rusiya dumasının Liberal Demokrat Partiyasından olan deputatı Valerii Sleznyov oğlu Romanın Maldivdə ABŞ-ın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanıldığını təsdiqləyib.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, rusiyalı deputat bunu “Vaşinqton tərəfindən törədilən cinayət” adlandırıb.
Onun sözlərinə əsasən, oğlu “əsassız tututlub”.
Bir müddət öncə ABŞ-ın xüsusi xidmət orqanları Maldivdə 30 yaşlı Roman Seleznyovu saxladığı haqda xəbər yayılmışdı.
R.Seleznyov Amerikanın ticarət müəssislərinin kompüterlərinə müdaxilə etməkdə, proqramları sındırmaqda şübhəli bilinir.
İstintaq məlumatına görə, o, 200 minə yaxın müştərinin kredit kartı kodunu və nömrələrini oğurlayıb.