Rusiyanın dövlət duması Ukrayna xalqının milli qəhrəmanı sayılan Stepan Banderanın təşkilatının rəmzləri ilə faşistlərin simvollarının eyniləşdirilməsi haqda qanun layihəsini birinci oxunuşda qəbul edib.
Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, qanun layihəsinə əsasən, bu rəmzlər eyniləşdirilərək, yasaqlanacaq.
İkinci və üçüncü oxunuşdan sonra sənəd qüvvəyə minəcək.