Dünyanın ən hündür binası olan Dubayın “Bürc-Xəlifə” göydələninin yaxınlığında yerləşən çoxmərtəbəli oteldə güclü yanğın baş verib.
BBC-nin yaydığı məlumata görə, bu barədə Dubay hökumətinin rəsmi Tvitter səhifəsində xəbər verilib. Məlumata görə, yanğın 300 metr hündürlüyü olan “The Address” otelinin 20-ci mərtəbəsindən başlayıb və alov binanın böyük hissəsini əhatə edib. Yanğın nəticəsində zərərçəkənlərin olub-olmaması barədə isə məlumat verilməyib.
Qeyd edilir ki, “Bürc-Xəlifə” yaxınlığında təşkil olunan Yeni il atəşfəşanlığına tamaşa etməyə toplaşan insanlardan ərazini tərk etmələri xahiş olunub.
Yanğının səbəbi barədə isə məlumat verilməyib.