Drezden bələdiyyəsinə 3 azərbaycanlı üzv seçilib
30 may 2014 15:42 (UTC +04:00)

Drezden bələdiyyəsinə 3 azərbaycanlı üzv seçilib

Almaniya tarixində ilk dəfə olaraq bu ölkədəki seçkili orqana azərbaycanlılar seçilib.


 

Almaniya-Azərbaycan Drezden Cəmiyyətinin sədri Ağahüseyn Babayev APA-ya açıqlamasında bildirib ki, mayın 25-də Drezden bələdiyyəsinə keçirilən seçkilərin nəticəsinə əsasən seçilən 16 nəfərdən 3-ü azərbaycanlı olub.

 

Nəticələrin ötən gün açıqlandığını deyən A. Babayev qeyd edib ki, seçilən azərbaycanlılar Azərbaycan diasporu tərəfindən irəli sürülən namizədlərdir. Bunlar əslən Azərbaycandan olan Almaniya vətəndaşları Azad Məmmədov, Ferman Levenfus və Anjelina Mixayilovadır: “İlk dəfə olaraq, özü də böyük say çoxluğu ilə azərbaycanlıların yerli idarəetmədə təmsil olunması bizim üçün ciddi yenilikdir və böyük ümidlərimiz var”.

 

A. Babayevin sözlərinə görə, 16 nəfərdən ibarət idarəetmə orqanına başqa heç bir qeyri-alman, o cümlədən namizədliklərini vermələrinə baxmayaraq, ermənilər də seçilə bilməyib.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə APAHolding “Azərbaycandan kənardakı azərbaycanlılar...” adlı layihə çərçivəsində Almaniya və Belçikadakı diaspor təşkilatları ilə görüşlər keçirir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 588

Oxşar yazılar

Doha-İstanbul reysi ilə uçan təyyarə bir mühərriklə eniş etdi - VİDEO

Doha-İstanbul reysi ilə uçan təyyarə bir mühərriklə eniş etdi - VİDEO

13 may 2025 , 06:39
İlin müəllimi 12 yaşlı uşağı zorladı

İlin müəllimi 12 yaşlı uşağı zorladı

13 may 2025 , 04:28
Yeni Roma Papası əslən Türkiyənin Kayseri vilayətindəndir - MARAQLI İDDİA

Yeni Roma Papası əslən Türkiyənin Kayseri vilayətindəndir - MARAQLI İDDİA

13 may 2025 , 01:41
PKK  özünü buraxdı

PKK özünü buraxdı

12 may 2025 , 10:10
Hindistan yenə Ermənistana "Akash" göndərir

Hindistan yenə Ermənistana "Akash" göndərir

11 may 2025 , 23:11
Bu ölkədə  şahmat qadağan edildi

Bu ölkədə şahmat qadağan edildi

11 may 2025 , 19:23
Roma Papası XIV Lev

Yeni Roma Papasından ilk ÇAĞIRIŞ

11 may 2025 , 16:14
Donald Tramp, ABŞ Prezidenti

Trampdan yeni sürpriz

11 may 2025 , 11:12